İran və Türkiyə arasında aviareyslər bərpa edilirbackend

İran və Türkiyə arasında aviareyslər bərpa edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 1-dən İran və Türkiyə arasında aviareyslər bərpa edilir.

İnterpress.az-ın məlumatına görə, bunu İranın Aviasiya Şirkətləri Birliyinin katibi Məsud Əsədi Samani deyib.

Onun sözlərinə görə, Türkiyədən həftədə 21 uçuş Tehrana, 4 uçuş Təbriz və Şiraza təşkil olunacaq.

Sentyabrın 5-dən isə Türkiyədən Məşhəd və İsfahan şəhərlərinə də uçuşlar təşkil olunacaq.

İrandan da Türkiyənin müxtəlif şəhərlərinə uçuşlar həyata keçiriləcək.

 

İnterpress.az