İran XİN başçısı: “Qafqazdakı məsələləri 3+3 formatı çərçivəsində həll etmək olar”backend

İran XİN başçısı: “Qafqazdakı məsələləri 3+3 formatı çərçivəsində həll etmək olar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qafqazdakı prosesləri yerli aktorların və regiondakı qonşuların (3+3 formatı) iştirakı ilə həll etmək olar. “3+3” formatı regional məsələlərin həlli üçün effektiv mexanizmdir”.

İnterpress.az xəbər verir ki, bu fikirləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə səsləndirib.

“Mən Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdüm. Görüş çərçivəsində vurğuladım ki, Qafqazdakı məsələləri yerli aktorların və regiondakı qonşuların (3+3 formatı) iştirakı ilə həll etmək olar”, – o vurğulayıb.

Qeyd edək ki, 3+3 formatına – Azərbaycan, Ermənistan, İran, Rusiya, Gürcüstan, Türkiyə daxildir.