İran XİN-nin sözçüsü: Almaniya İsraili silahlandırdığına görə cavab verməlidirbackend

İran XİN-nin sözçüsü: Almaniya İsraili silahlandırdığına görə cavab verməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya İsraili silahlandırdığına görə cavab verməlidir.

İnterpress.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

“Almaniya sionist rejim üçün ölümcül silahların tədarükçüsüdür. Hər kəsin bildiyi kimi, Qəzzada dinc sakinləri öldürmək və soyqırım törətmək üçün birbaşa istifadə edilən silahlar…

Bundan əlavə, bu ölkənin bəzi bəyanatları açıq şəkildə beynəlxalq hüququn fundamental prinsiplərini pozur və əslində cinayətlərə bəraət qazandırmaq cəhdidir.

Bunlar ciddi problemlərdir ki, keçmiş hərəkətlərə görə tədbirlər görülməlidir və şəffaflıq tələb olunur”, – Bəqayi vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az