İrana qarşı Con Boltonun planı həyata keçirilir“ – Eks-deputatbackend

İrana qarşı Con Boltonun planı həyata keçirilir“ – Eks-deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndi Sünikdə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton və Nikol Paşinyanın 2018-ci ildə müzakirə etdiyi proqram həyata keçirilir”.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının nümayəndəsi, keçmiş millət vəkili Qaqik Minasyan oktyabrın 6 -da jurnalistlərə müsahibəsində bildirib.

O, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Boltonun ölkəyə səfər etdiyini və Nikol Paşinyanla görüşdüyünü xatırladıb.

“Bundan sonra o, müsahibə verdi və kommunikasiya problemlərinə toxundu. Bolton bldirdi ki, ABŞ-ın fikrincə, əsas kommunikasiya şərqlə (yəni Azərbaycanla) və qərblə (yəni Türkiyə ilə) olmalıdır. Bundan əlavə, Bolton bildirib ki, İranın blokadasının davam etdirilməli və Ermənistan İran yolunu qapatmalıdır”.

Bütün bunlar, Minasyanın qeyd etdiyi kimi, çox vacib mesajlar idi:

“Boltonun bu açıqlamaları, Ermənistanın Baş nazirinin kürsüsünü tutan şəxsin dövlətçiliyimiz üçün dağıdıcı olan sözlərindən sonra verildi. Paşinyan bildirib ki, Sünik ABŞ-ın ittiham etdiyi kimi, İranı narkotik ticarəti zonasına çevrilib, lakin bu doğru deyil. O, İran-Ermənistan sərhədinin hər an bağlana biləcəyini söyləyərək daha bir təhlükəli bəyanat veribi. İran bu bəyanatlarla tanış idi. İndi Tehran görür ki, Ermənistan o qədər aşağı subyektivliyə malikdir ki, kənardan istənilən təzyiq altında Türkiyə ilə Azərbaycan arasında dəhliz açmağa və İranı Ermənistandan kəsməyə məcbur edilə bilər. Onun hərəkətləri bununla bağlıdır”, – deyə keçmiş deputat əlavə edib.

Eks-millət vəkili Rusiya və Avropa ilə etibarlı bir əlaqə qurmağa davam etməsi üçün Sünikin İran üçün həyati əhəmiyyətli olduğu fikrindədir. “Gələcəkdə buradan qaz kəməri keçə bilər”.