İranda İsrailə casusluq etməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.
İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində İsrailə casusluq etməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.
İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatına görə, məhbuslardan Amerika istehsalı olanlar da daxil olmaqla, çoxlu sayda silah və sursat götürülüb.
Xuraman Etibarlı
İnterpress.az