İranda hərbi təyyarə qəzaya uğrayıbbackend

İranda hərbi təyyarə qəzaya uğrayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Fars əyalətinin Kazerun rayonunda hərbi təyyarə qəzaya uğrayıb.

İnterpress.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə Fars əyaləti hava limanının baş direktoru Fəxrəddin Keşavərz bildirib.

Onun sözlərinə görə, texniki nasazlığı olan təyyarə Şiraz şəhərinin Kazerun gölü yaxınlığında qəzaya uğrayıb. F.Keşavərz deyib ki, hadisə təlim uçuşu zamanı baş verib. İtki olmayıb.