İranda nümayişlərlə bağlı daha üç nəfər edam cəzasına məhkum edilibbackend

İranda nümayişlərlə bağlı daha üç nəfər edam cəzasına məhkum edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda nümayişlər zamanı daha üç nəfər edam cəzasına məhkum edilib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

2022-ci il noyabrın 16-da İsfahanda keçirilən aksiyalarda “3 təhlükəsizlik əməkdaşının odlu silahla öldürülməsi” ilə bağlı cinayət işinə həmin şəhərin məhkəməsində baxılıb.

6 nəfərin mühakimə olunduğu işdə məhkəmə Salih Mir Haşimi Baltaki, Məcid Kazimi Şeyx Şabani və Səid Yakubi Kürdsefli barəsində edam hökmünün icrasına, Əmir Nasır Azadaniyə 26 il, Süheyl Cihangiri isə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Eyni iş üzrə mühakimə olunan Cabir Mir Haşimi də bəraət alıb.

İndiyədək 4 nəfər edam edilib

Qeyd edək ki, ötən ilin sentyabrın 16-da İranın əxlaq polisin tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmini dünyasını dəyişib. Onun ölümündən sonra bütün ölkə üzrə hökumət əleyhinə etirazlar başlanılıb.

Etirazlarda yüzlərlə nümayişçi həyatını itirib, 10 mindən çox nümayişçi isə saxlanılıb.