İraqda toydakı yanğında yaralanan 20 nədər müalicə üçün Türkiyəyə göndərilibbackend

İraqda toydakı yanğında yaralanan 20 nədər müalicə üçün Türkiyəyə göndərilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqın Mosul şəhərində şadlıq sarayında baş verən yanğında yaralanan 20 nəfər müalicə üçün Türkiyəyə göndərilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Sentyabrın 26-da İraqın Mosul şəhərində əksəriyyəti xristianların yaşadığı şadlıq sarayında baş verən və 114 nəfərin ölümünə səbəb olan yanğında yaralananlardan bəziləri müalicə üçün Türkiyəyə göndərilib.

İraqın baş naziri Məhəmməd Şia Sudaninin mətbuat xidmətindən verilən açıqlamada yanğında yaralanan 82 nəfərdən 20-nin hərbi təyyarə ilə İstanbul xəstəxanalarına aparıldığı bildirilib.

Mosulun əksəriyyətinin xristianların olduğu Həmdaniyyə rayonundakı şadlıq sarayında baş verən yanğına salonda istifadə edilən atəşfəşanlığın səbəb olduğu açıqlanıb.