İrəvan-Göyçə yolunda ildırım zərbəsi körpünü PARÇALADI – VİDEObackend

İrəvan-Göyçə yolunda ildırım zərbəsi körpünü PARÇALADI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda ildırım zərbəsi körpünü sıradan çıxarıb, 3 avtomobil zədələnib.

İnterpress.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Ermənistanda əlverişsiz hava şəraiti zamanı baş verən ildırım vurması körpünün zədələnməsinə səbəb olub. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin (DİN) Xilasetmə Xidməti məlumat yayıb.

Hadisə İrəvan-Göyçə (Yerevan-Sevan) avtomobil yolunun Çarentsavan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. İldırım zərbəsi birbaşa körpü infrastrukturuna dəyib.

Rəsmi məlumata görə, hadisə nəticəsində xəsarət alan olmasa da, yoldan keçən üç avtomobilə ciddi ziyan dəyib.

Körpünün zədələnməsi səbəbindən İrəvan-Göyçə magistralında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və avtomobillərin hərəkəti birtərəfli (təkzolaqlı) rejimdə təşkil olunub.

Hadisə yerinə dərhal xilasedicilər və yol-patrul xidmətinin əməkdaşları cəlb edilib, körpünün bərpası və təhlükəsizliyinin qiymətləndirilməsi istiqamətində müvafiq işlər aparılır.

Xuraman Etibarlı

İnterpress.az