İrəvanda keçirilən etiraz aksiyalarında gün ərzində saxlanılanların sayı 142-yə çatıb.
“İnterpress.az” xəbər verir ki, bu barədə İrəvan Şəhər Polis İdarəsindən məlumat verilib.
Qeyd edək ki, bir neçə gündür paytaxtda hökumət əleyhinə mitinqlər keçirilir. Etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.