İrlandiya Avropada işğal olunmuş Fələstin əraziləri ilə ticarəti qadağan edən qanun layihəsini təqdim edən ilk ölkə olub.
İnterpress.az xəbər verir ki, qanun layihəsini İrlandiyanın baş nazirinin müavini Saymon Harris açıqlayıb.
Qanun layihəsi beynəlxalq hüququn Fələstin kimi tanıdığı İsrailin nəzarətində olan ərazilər – İordan çayının qərb sahili və Şərqi Qüdsdəki qeyri-qanuni yaşayış məntəqələrindən məhsulların idxalını cinayət hesab edəcək.
Xuraman Etibarlı
İnterpress.az