İş elanları ilə qadınları aldadıb öldürən manyak SAXLANILDI – FOTO/VİDEObackend

İş elanları ilə qadınları aldadıb öldürən manyak SAXLANILDI – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada qadınları “dayə işi” adı ilə aldadan seriyalı qatil saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskva ətrafında 46 yaşlı Dmitrinin qadınları “uşaq baxıcısı işi” vədi ilə aldadaraq tələyə saldığı iddia olunur.

İstintaq versiyasına görə, Bogorodski dairəsinin sakini elanlar vasitəsilə qızlarla əlaqə qurur, görüşə çağırır və bundan sonra onlar yoxa çıxırdılar.

Artıq iki qadının öldürüldüyü təsdiqlənib — 19 yaşlı Korolyov şəhərindən olan qız və 25 yaşlı Moskva sakini. Manyak onları evdə kilidləyib, təcavüz edib və narkotik qəbul etməyə məcbur edib.

Daha bir qadın isə cinayətkarın əlindən qaçaraq polisə məlumat verə bilib. Məhz onun ifadələri istintaqı irəli aparıb.

Şübhəli şəxsə iki qətl epizodu üzrə rəsmi ittiham irəli sürülüb. Araşdırma davam edir.

Məlumata görə. 2025-ci ilin yazında həmin bu manyak həyat yoldaşının da itkin düşdüyünü bildirib.

Xuraman Etibarlı

İnterpress.az