İspaniya İsraildə ölkəni tərk etmək üçün müraciət edən 429 nəfərin təxliyyəsinin tamamlandığını açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. İspaniya Müdafiə Nazirliyinin X-dəki postuna görə, dünən Təl-Əvivə göndərilən 2 təyyarə ilə təxliyə edilən 429 nəfər Madriddəki Torrejon de Ardoz hərbi hava bazasına gəlib.
Bildirilib ki, təxliyə edilənlərdən 334-ü ispan, 41-i Latın Amerikası, 22-si Avropa ölkələri, 32-si isə digər ölkələrin vətəndaşlarıdır.
Qeyd olunub ki, İspaniyanın daimi sakinləri, o cümlədən İsraildəki diplomatik personal təxliyə edilməyib.
Təxliyə edilən insanları İspaniyanın xarici işlər naziri Xose Manuel Albares qarşılayıb.
İspaniyanın “El Mundo” qəzetinin məlumatına görə, oktyabrın 10-da başlayan təxliyə əməliyyatı başa çatıb.
İspaniyanın İsraildəki səfirliyi oktyabrın 10-da X-də ölkədə olan və ölkəni tərk edə bilməyən vətəndaşlarından onlarla əlaqə saxlamağı xahiş edən bir yazı paylaşdıqdan sonra təxliyələr başlayıb.