İspaniya: Qəzzadakı qarşıdurmanın digər ölkələrə sıçrayacağından narahatıqbackend

İspaniya: Qəzzadakı qarşıdurmanın digər ölkələrə sıçrayacağından narahatıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares İsrail ilə Fələstin arasındakı münaqişələrin digər ölkələrə də sirayət etməsindən narahat olduğunu və iki İspaniya vətəndaşının münaqişələrdən təsirləndiyini bildirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İspaniyanın dövlət televiziyası RTVE-yə danışan Albares, Hizbullahın oktyabrın 7-də Livandan İsrailin hərbi müşahidə məntəqəsinə raketlə hücum etdiyinə diqqət çəkib, qarşıdurmaların ətraf bölgələrə yayılma ehtimalının “narahatedici” olduğunu qeyd edib.

Albares, İordaniya, Misir, Qətər, Səudiyyə Ərəbistanı və Türkiyədən olan həmkarları ilə telefon danışığı ilə anlaşdığını və döyüşlərin dayandırılması üçün İsrail xarici işlər naziri Eli Koenlə iki dəfə danışdığını bildirib.

Koenin İsrailin özünü müdafiə haqqını vurğuladığını ifadə edən Albares deyib: “Əlbəttə, bütün dövlətlərin bu hüququ var, lakin eyni zamanda İspaniyanın bütün münaqişələrdə vurğuladığı kimi, bütün müdafiə fəaliyyətləri beynəlxalq və insan haqları qanunlarının məhdudiyyətlərinə tabedir”.

Albares Fələstin Xarici İşlər Naziri Riyad əl-Maliki ilə də telefonda danışdığını və qarşıdurmaların digər bölgələrə yayılmaması və “zorakılığın dərhal sona çatması” mövzusunda həmfikir olduqlarını bildirib.