İsrail baş nazirinin ofisi: Yəhudi dövləti atəşkəs rejiminə əməl edibbackend

İsrail baş nazirinin ofisi: Yəhudi dövləti atəşkəs rejiminə əməl edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəhudi dövləti atəşkəs rejiminə əməl edib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.

“Atəşkəs səhər saat 7:00-da müəyyən edilib, saat 03:00-da İsrail Tehranın mərkəzinə kütləvi zərbələr endirib, rejim hədəflərini vurub, yüzlərlə Bəsic yaraqlısını və İran təhlükəsizlik qüvvələrini öldürüb. Atəşkəs qüvvəyə minməzdən bir qədər əvvəl İran bir raket zərbəsi endirib, onlardan biri 07:00-da Beşebada 4 nəfəri həlak olub. Atəşkəs səhər saat 7:06-da qüvvəyə minib, İran İsrailə daha bir raket atdı, saat 10:25-də isə daha iki raket atdı”, – İsrail baş nazirinin dəftərxanasının bəyanatında deyilir.

Qeyd olunur ki, ABŞ prezidenti Trampla İsrailin baş naziri arasında telefon danışığından sonra Netanyahu növbəti hücumlardan çəkinib.

Söhbət zamanı Tramp hərbi məqsədlərinə nail olduğu üçün İsrailə minnətdarlığını bildirib və atəşkəsin davamlı olacağına əminliyini bildirib.

Xuraman Etibarlı

İnterpress.az