İsrail Müdafiə Ordusu hazırda Qəzza zolağında HƏMAS-a məxsus obyektlərə genişmiqyaslı zərbələr endirir.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
Bildirilib ki, bir müddət əvvəl İsrail qırıcıları HƏMAS-ın Qəzza zolağındakı obyektlərə, o cümlədən hərbi kompleksə və silah anbarına zərbə endirib. Bundan başqa, Cəbəliyədəki silahlı qruplaşma rəhbərlərinin istifadə etdiyi əməliyyat mərkəzi də hava zərbəsi ilə dağıdılıb.