İsrail ilk dəfə dənizdən husi hədəflərini VURDUbackend

İsrail ilk dəfə dənizdən husi hədəflərini VURDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibə başlayandan bəri ilk dəfə olaraq İsrail dənizdən Yəməndəki husi hədəflərini vurub.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

İsrail Hərbi Dəniz Qüvvələrinə məxsus raket gəmiləri Yəmənin Hudeydə limanında husilərin hərbi obyektlərinə zərbələr endirib.

Məlumata görə, bu zərbələr husilərin yəhudi dövlətinin ərazisinə “yer-yer” raketi və pilotsuz uçuş aparatlarından istifadə edərək hücumlarına cavabdır.

“Liman silahların ötürülməsi üçün istifadə olunur və husilərin terror fəaliyyətləri həyata keçirmək üçün mülki infrastrukturdan rüsvayçı şəkildə istismarının başqa bir nümunəsidir”, – bəyanatda qeyd olunub.

Eyni zamanda İsrail hərbi jurnalistləri vurğulayırlar ki, İsrail dənizdən Yəmənə ilk dəfə zərbə endirib.

Qeyd olunur ki, bu, müharibə başlayandan bəri husilərin hədəflərinə 10-cu hücumdur. Əvvəlkilərdə yalnız İsrail təyyarələri iştirak edirdi.

Xuraman Etibarlı

İnterpress.az