İsraillə İran arasında münaqişənin həllinə yalnız Vladimir Putin və Si Cinpin kömək edə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro bildirib.
“Mən yalnız iki lider təsəvvür edə bilirəm: Vladimir Putin və Si Çinpin.
Onlar danışıqlar masasına əyləşmək şərəfinə, gücünə və qabiliyyətinə malikdirlər. Və onların dedikləri sözlərə hörmətlə yanaşılmasını və yeni müharibəyə başlamaq üçün aldadıcı mexanizm kimi istifadə edilməməsini təmin edirlər”.
Xuraman Etibarlı
İnterpress.az