İsrailin xarici işlər naziri İsrael Kats bu ölkənin İspaniyadakı səfirinin məsləhətləşmələr üçün geri çağırılmasına göstəriş verib.
İnterpress.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Bu, İspaniyanın Baş naziri Pedro Sançesin mayın 28-də krallığın Fələstinin dövlətçiliyini tanımaq niyyətində olduğunu bəyan etməsindən sonra baş verib.