İsrail mediası: HƏMAS sülh sazişindən çıxmaqla hədələyirbackend

İsrail mediası: HƏMAS sülh sazişindən çıxmaqla hədələyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS Qəzza üzrə sülh sazişindən imtina etməklə hədələyir.

İnterpress.аz xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Qəzza zolağında sülh planının icrası ilə bağlı aparılan gərgin danışıqlar fonunda HƏMAS qruplaşması rəsmi vasitəçilərə mühüm xəbərdarlıq ünvanlayıb.

Qruplaşma İsrailin anklava endirdiyi aramsız hərbi zərbələri səbəb göstərərək, əldə olunmuş sülh razılaşmalarından çıxmaq imkanını nəzərdən keçirdiyini bildirib.

İsrailin 14-cü telekanalının yaydığı məlumata görə, bu qərar hazırkı sülh danışıqları üçün ağır nəticələrə yol aça bilər.

Kanalın etibarlı mənbələri bildirirlər ki, İsrail rəsmi dairələri hazırda HƏMAS-ın bu mühüm ismarışını dəyərləndirir və mümkün cavab variantları üzərində işləyirlər.

Təl-Əviv üçün əsas dilemma qruplaşmaya təzyiqi artırmaq məqsədilə hava zərbələrini və hədəfli məhvetmə əməliyyatlarını davam etdirmək, yoxsa danışıqlarda irəliləyiş əldə etmək üçün hərbi əməliyyatları müvəqqəti dondurmaqdır.

Müşahidəçilər bu gərgin vəziyyətin yaxın günlərdə Qəzza üzrə ümumi sülh prosesinin tamamilə iflasa uğraması və ya müvəqqəti humanitar atəşkəsin elan olunması ilə nəticələnəcəyini təxmin edirlər.

Xuraman Etibarlı

İnterpress.аz