“Müharibənin növbəti mərhələsinə hazırlaşırıq”.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.
Lakin növbəti mərhələnin konkret olaraq nə vaxt başlayacağı və hansı məqsədlərin nəzərdə tutulduğu açıqlanmayıb.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3300 nəfər yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlayıb.
Qeyd edək ki, İsrail ordusu oktyabrın 12-də Suriyadakı hava limanlarını bombalamağa başlayıb.