İsrail Müdafiə Ordusu ölən və girov götürülən hərbçilərin sayını açıqlayıbbackend

İsrail Müdafiə Ordusu ölən və girov götürülən hərbçilərin sayını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibə başlayandan bəri İsrail Müdafiə Ordusunun 312 hərbçisi ölüb, 239 hərbçi isə girov götürülüb.

İnterpress.az “Ynet”ə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun briqada generalı Daniel Xaqari bildirib.

O, girov götürülənlərin qaytarılmasını başlıca missiya saydıqlarını vurğulayıb.

Daniel Xaqari Qəzza zolağında quru əməliyyatı miqyasını genişləndirəcəklərini deyib.

Bundan başqa, “France press”in məlumatına görə, artıq İsrail Silahlı Qüvvələrinə məxsus tanklar Qəzza şəhər ətrafında görünüb. Bildirilib ki, zirehli texnika Qəzza zolağının şimal hissəsini cənubla birləşdirən yolu kəsib.

Xatırladaq ki, HƏMAS-İsrail müharibəsi oktyabrın 7-dən davam edir.