Elit Hizbullah xüsusi qüvvələri yaratmaqda məqsəd İsrailə geniş miqyaslı müdaxilə oub.
İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
İsrail-Livan sərhədində 7 oktyabr 2023-cü ildən eskalasiya başlayandan Hizbullahın elit “Radwan” xüsusi təyinatlıları İsrailin müdafiəsinə zərər vurmağa çalışır.
“Ynet” yazır ki, İsrail ordusu bu cəhdin qarşısını alır, lakin “Radwan” hələ də ölkəni işğal etmək imkanına malikdir.
Elit xüsusi təyinatlılar haqqında bir sıra faktlar:
Radwan-ın məqsədi İsraili geniş miqyaslı işğaldır. Qeyd olunur ki, Hizbullah məhz buna görə bu xüsusi bölməni yaradıb.
Hizbullahın elit qüvvələri Suriya, İran və Livanda, hazırda isə Yəmən və İraqda təlim keçir. Onlara digər silahlıların istifadə edə bilmədiyi silahlardan istifadə etməyi öyrədirlər.
Radwan-ın əsas planı əslində HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailin cənubuna qəfil işğalı üçün ilham mənbəyi olub.
İsrail ordusu üçün 1 nömrəli hədəf Radwan qüvvələrinin komandanı Əbu Əli əl-Tabatabaidir. İsrail hələ 2005-ci ildə Suriyanın Quneytra bölgəsində təşkilatın iki maşınına hücum edərək onu aradan qaldırmağa çalışmışdı.
Tabatabai Hizbullahın ən güclü kəşfiyyat komandirlərindən biri İmad Mornianın sağ əli idi.
Xuraman Etibarlı
İnterpress.az