İsrail İrana qarşı ‘Mavi-ağlar’ adlı yeni hərbi əməliyyata hazırlaşır.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İsrailin müdafiə naziri İsrail Katz ölkə ordusunun yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyini və İrana qarşı şərti olaraq “Mavi-ağlar” adlandırılan yeni hərbi əməliyyata hazırlaşdığını bəyan edib.
Katzın sözlərinə görə, hərbi münaqişənin yenidən alovlanması iki ssenaridə mümkündür: əgər ABŞ rəhbərliyi Tehranla aparılan danışıqları nəticəsiz hesab edərsə, yaxud İran İsrailə qarşı raket hücumu həyata keçirərsə.
Sonuncu halda, nazir İsrailin rəsmi olaraq “qətiyyətli güc”lə cavab verəcəyini və öz ərazisinə qarşı yönələn cəzasız hücumlara imkan verməyəcəyini vurğulayıb.
Katz qeyd edib ki, İsrail öz qətiyyətli mövqeyi barədə ABŞ rəhbərliyini artıq rəsmən məlumatlandırıb, Bununla belə, Prezident Trampın davam edən diplomatik səylərinə mane olmaq niyyətində deyil.
Lakin o, özünümüdafiə məsələsində “güzəştlərə heç bir yer olmadığını” xüsusilə diqqətə çatdırıb.
Nazir həmçinin əlavə edib ki, əvvəlki əməliyyatlar zamanı İran tərəfinə ciddi ziyan vurulsa da, Tehran hələ də böyük raket potensialını qoruyub saxlayır.
Bu səbəbdən İsrail ordusu həm müdafiəyə, həm də İrana qarşı qabaqlayıcı zərbələrin endirilməsinə tam hazır vəziyyətdədir.
Xuraman Etibarlı
İnterpress.az






