İsrail ordusu Radvan qüvvələrinin komandir müavinini ÖLDÜRDÜ – FOTObackend

İsrail ordusu Radvan qüvvələrinin komandir müavinini ÖLDÜRDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu Livanın cənubunda Radvan qüvvələrinin komandir müavinini öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Livanın cənubundakı Nəbatiyyə bölgəsinə zərbələr endirib və Hizbullahın elit Radvan xüsusi təyinatlı qüvvələrinin komandir müavini Mustafa Əhməd Şahadini öldürüb.

Qeyd edilir ki, bu ləğvetmə “Radvan qüvvələrinin İsrail ordusunun qüvvələrinə qarşı terror əməliyyatlarını asanlaşdırmaq və həyata keçirmək imkanlarına, xüsusən də İsrailin şimalını işğal etmək planına zərər verəcək”.

Radvan Hizbullah hərbi-siyasi təşkilatının silahlı qüvvələrinin ən elit və döyüşə hazır birliyidir. Sayı təqribən 5000 nəfərdir.

Xuraman Etibarlı

İnterpress.az