İsrail-Rusiya görüşündən gözləntilər: “İranın son addımları ciddi təhlükədir”backend

İsrail-Rusiya görüşündən gözləntilər: “İranın son addımları ciddi təhlükədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naftalinin Rusiyaya səfərində əsas məqsəd  İranın son zamanlar atdığı addımlar davam edərsə, Tehranın vurulacağını izah etməkdir”.

İnterpress.az xəbər verir ki, bu sözləri 22 oktyabrda  İsrailin yeni seçilmiş baş naziri Bennetti Naftalinin Soçi şəhərinə Rusiya prezidenti Vladimir Putinlə nəzərdə tutulan görüşünü dəyərləndirən politoloq Samir Hümbətov deyib.

Politoloqa görə,  Yaxın Şərqdə, həmçinin  İran və Azərbaycan arasında vəziyyətin kəskinləşdiyi zaman dilimində İsrail baş nazirinin Rusiyaya səfəri heç şübhəsiz ki, təsadüfi deyil:

“Son günlər İran və Azərbaycan arasında artan gərginlik, İran tərəfinin Azərbaycana qarşı səsləndirdiyi iddianın məhz İsraillə bağlı olması, həmçinin İsrail baş naziri Bennetti Naftalinin BMT Baş Assambleyasında çıxışı zamanı “İran nüvə proqramı ilə bağlı bütün qırmızı xətləri keçib” ifadəsini işlətməsi təsadüfi hesab edilə bilməz. Bu proseslər regionda baş verə biləcək mümkün müharibə ssenarisinin tərkib hissəsi kimi də qəbul edilə bilər.  Həmçinin Azərbaycanla yaşadığı gərginlikdən sonra İran XİN başçısı Əmir Hüseyn Abdullahiyanın Moskva səfərindən əliboş qayıtması İranın İsraillə mövcud olan gərginlikdən narahat olduğunu deməyə əsas verir.

Hesab edirəm ki, İsrail baş naziri Bennetti Naftalinin Rusiyaya səfərində əsas məqsəd Vladimir Putinə İranın son zamanlar atdığı addımların çox ciddi təhlükəyə səbəb olduğunu və belə davam edərsə, İranın vurulacağını izah etməkdir. İsrail baş naziri həmçinin Putinə izah edə bilər ki, onların məqsədi İranı deyil, İranın nüvə obyektlərini vurmaqdır. Qeyd edim ki, İsrail baş naziri Bennetti Naftali Rusiyadan sonra Çinə də səfər edə bilər. İsrail baş naziri Benneti Naftali Putinin yanına Mossadın hazırladığı hesabatı da apara bilər və bu, regiondakı real vəziyyətin tam şəkildə əks etdirilməsi  üçün kifayətdir”.

Gülşən