İsrailin xarici işlər naziri britaniyalı həmkarının zəngini qəbul etməkdən imtina edib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı yazır.
“İsrailin xarici işlər naziri Saar dünən İsrail nazirləri Smotriç və Ben-Qvirə qarşı tətbiq edilən sanksiyalardan sonra britaniyalı həmkarı Lamminin zəngini qəbul etməkdən imtina edib.
Bu, Britaniya ilə münasibətlərin gərginliyindən xəbər verir”, – telekanal bildirib.
Xatırladaq ki, iyunun 10-da Avstraliya, Kanada, Yeni Zelandiya, Norveç və Britaniya İsrailin milli təhlükəsizlik naziri Ben-Qvir və maliyyə naziri Smotriçə qarşı sanksiyalar tətbiq edib.
Xuraman Etibarlı
İnterpress.az