İsrail Xarici İşlər Nazirliyi Makronu yəhudi dövlətinə qarşı “səlib yürüşünü davam etdirməkdə” ittiham edib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi bəyanat yayıb. İsrail XİN Fransa prezidenti Makronu yəhudi dövlətinə qarşı “səlib yürüşünü davam etdirməkdə” ittiham edib.
Nazirlik qeyd edib ki, İsrail hazırda Qəzza zolağına humanitar yardımın çatdırılmasına yardım edir, lakin Fransa lideri “bu faktlarla maraqlanmır”.
“Makron cihadçı terrorçulara təzyiq etmək əvəzinə, onları Fələstin dövləti ilə mükafatlandırmaq istəyir. Onun milli günü, şübhəsiz ki, oktyabrın 7-si olacaq.
Və onu məhv etmək məqsədilə bir neçə cəbhədən hücuma məruz qalan İsrailə qarşı Makron sanksiyalar tətbiq etməyə çalışır. HƏMAS da öz növbəsində Makronun bəyanatlarının səbəbini artıq bilir”, – İsrail nazirliyinin bəyanatında vurğulanıb.
Xuraman Etibarlı
İnterpress.az