İsrailin xarici işlər naziri Saar İsrailə işgüzar səfərə gələn ABŞ-nin daxili təhlükəsizlik naziri Noemi qəbul edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
Nazirlər Vaşinqtonda terror aktı zamanı həlak olan Yaron Lişinski və Sara Milqrimin xatirəsini anma mərasimində iştirak ediblər.
Saar Noemə səfərə və hazırda hücumla bağlı aparılan intensiv araşdırmaya görə təşəkkür edib.
“İsrailin ABŞ-dən daha yaxşı dostu və müttəfiqi yoxdur. Dəstəyinizə görə sizə təşəkkür edirik. Birləşmiş Ştatların da İsraildən daha sadiq və təsirli tərəfdaşı yoxdur”, – o əlavə edib.
Bu gün səhər saatlarında Noem İsrailin baş naziri Netanyahu ilə görüşüb.
Xuraman Etibarlı
İnterpress.az