“İsrail yaxın 8-10 həftə ərzində İranı vuracaq” – Politoloq rəyibackend

“İsrail yaxın 8-10 həftə ərzində İranı vuracaq” – Politoloq rəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Böyük dövlətlərin heç biri İranın nüvə silahına sahib olmasına yol vermək istəmir”.

İnterpress.az xəbər verir ki, bunu İsrailin baş naziri Naftali Bennotun  Soçidə prezident Vladimir Putinlə beş saat davam edən danışıqlarını dəyərləndirən politoloq Xəqani Cəfərli deyib.

Onun sözlərinə görə,  bu danışıqların ana mövzusunun İranın nüvə proqramının dayandırılması ilə bağlı olduğuna heç bir şübhə yoxdur:

“Rusiya ilə İsrail arasında ticarət dövriyyəsinin həcmi o qədər kiçikdir ki, bu iki dövlətin liderlərinin bununla bağlı beş saat danışıqlar aparması qeyri-realdır. Hazırda Rusiya ilə İsrail arasında illik ticarət dövriyyəsi 2 milyard dollardan bir qədər artıqdır. Bu, Rusiya ilə Türkiyə arasındakı ticarət dövriyyəsindən 11-12 dəfə azdır. İsraillə Rusiya arasında dünyanın müxtəlif bölgələrində Türkiyə ilə Rusiya arasında olduğu kimi rəqabət və əməkdaşlıq mövcud deyil ki, liderlər beş saat danışıqlar aparmaq məcburiyyətində qalsınlar.

İsrail üçün əsas məsələ İran atom bombası əldə etməmiş Tehranın nüvə proqramının dayandırılmasıdır. Təxminən bir ay əvvəl BMT Baş Assambleyasında çıxışında İsrailin baş naziri İranın nüvə proqramının bütün “qırmızı xətləri” keçdiyini və Tehranın nüvə silahı əldə etməsinə imkan verməyəcəklərini bütün dünyaya bəyan etmişdi. İsrail rəsmiləri İranın bu iliin sonuna kimi ilk nüvə silahın hazırlayacağını düşünürlər”. 

Politoloq hesab edir ki, İranın nüvə silahına malik olması Böyük Yaxın Şərqdə oyun qaydaların tamamilə dəyişə bilər ki, bu da Çin istisna olmaqla, heç bir böyük dövlətin marağında deyil:

“Əksər dövlətlər hesab edir ki, bu vəzifənin öhdəsindən diplomatik yollarla gəlmək olar. İsrail isə hesab edir ki, diplomatik yolla İranın nüvə proqramını dayandırmaq mümkün deyil. Tehranın diplomatik danışıqları uzatmaqla sadəcə vaxt qazandığını düşünən İsrail yeganə çıxış yolunu İranın nüvə obyektlərinin məhv edilməsində görür. Bu vəzifəni həyata keçirmək üçün İsrailin hərbi imkanları mövcuddur. Baş naziri Naftali Bennotun siyasəti bu vəzifəni həyata keçirmək üçün böyük dövlətlərin razılığını almaqdan ibarətdir.

Soçidə Putinlə beş saat aparılan danışıqlar fonunda tərəflərin açıqlamalarından belə qənaət yaranır ki, hansısa ümumi razılıq əldə olunub. Əgər bu qənaət yanlış deyilsə, İsrail yaxın 8-10 hətə ərzində İranın nüvə obyektlərinə və hərbi infrastrukturuna dağıdıcı zərbə vuracaq”.

Gülşən