İsraildə YANĞIN: Yaşayış məntəqələri üçün təhlükə var – FOTObackend

İsraildə YANĞIN: Yaşayış məntəqələri üçün təhlükə var – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Qüds bölgəsində yanğınlar başlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb. Bildirilir ki, İsraildə həddindən artıq istilər Qüds bölgəsində yanğınların yaranmasına səbəb olub.

Qeyd olunur ki, yanğının əhalinin məskunlaşdığı ərazilərə keçəcəyi ilə bağlı narahatlıqlar var.

Bununla əlaqədar bəzi evlərin sakinləri təxliyə edilib, qatarların hərəkəti dayandırılıb, yollar bağlanıb.

Nəşr yazır ki, yanğını söndürmək üçün onlarla qrup, təyyarə və helikopter çalışır.

Xuraman Etibarlı

İnterpress.az