Sabah, oktyabrın 10-da Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin təcili iclası keçiriləcək.
İnterpress.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel “X” hesabında yazıb.
O bildirib ki, toplantıda İsraildəki durum və bölgədəki vəziyyət müzakirə olunacaq.
İclasın harada keçiriləcəyi hələ ki, açıqlanmayıb.