Livanın cənubunda İsrail sərhədində baş verən qarşıdurmalar bölgə əhalisinin uzun müddətdir gözlədiyi zeytun məhsulunun qarşısını alır. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Livanda bir mədəniyyət və həyat tərzini təmsil edən zeytun ağacı 1978-2000-ci illər arasında İsrail işğalına məruz qalan ölkənin cənubunda “müqavimət simvolu” olaraq qəbul edilir.
İsrail 2000-ci ildə başda Hizbullah olmaqla bir çox silahlı qruplarla toqquşduqdan sonra Livanın cənubundan geri çəkilib. Bununla belə, Şeba Farms, Kefr Şuba Təpələri və Qacar kəndi hələ də İsrailin işğalı altındadır.