İstanbul-Bakı reysindən kimlər istifadə edə bilər?backend

İstanbul-Bakı reysindən kimlər istifadə edə bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AZAL İstanbul-Bakı reysi ilə bağlı daha bir məlumat yayıb.

Interpress.az  xəbər verir ki, İstanbul-Bakı reysinə Azərbaycan vətəndaşları ilə yanaşı, aşağıdakı şəxslər buraxılır: ⠀

– Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;

– Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;

– Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;

– Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;

– Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr. ⠀

Həmçinin, xatırladırıq ki, Bakı-İstanbul reysinə biletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları, eləcə də həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər.

 

 

 

 

Interpress.az