İstanbula gedənlərə XƏBƏRDARLIQ: Bu zonalara getməyin! – FOTObackend

İstanbula gedənlərə XƏBƏRDARLIQ: Bu zonalara getməyin! – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstirahət üçün İstanbula gedən turistlər seysmik risk baxımından daha təhlükəsiz bölgələrdəki otelləri seçməlidirlər.

İnterpress.az xəbər verir ki, bu barədə seysmoloq Haluk Eyidoğan bildirib. O, tanbula gələn turistlərə seysmik risk baxımından daha təhlükəsiz bölgələrdəki otelləri seçməyi tövsiyə edib.

Məsələn, turistlər arasında məşhur olan, Ayasofya və digər attraksionların yerləşdiyi Sultanahmet ərazisi ən yüksək təhlükə zonalarından biri hesab olunur.

“Əgər siz seysmik aktiv zonada yaşayırsınızsa və ya ora tətilə gedirsinizsə, evinizin, otelinizin, ticarət mərkəzinizin və ya mağazanızın təhlükəsizliyinə 100% əmin olmalısınız”, – Eyidoğan şərhində deyib.

Xuraman Etibarlı

İnterpress.az