İstirahətə gedən yeniyetmə dənizdə batdıbackend

İstirahətə gedən yeniyetmə dənizdə batdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən axşam saatlarında Lənkəran şəhəri, Aşağı Nüvədi qəsəbəsində dənizdə (nəzarətsiz ərazi) bir nəfər dənizdə batıb.

“Report” xəbər verir ki, 2000-ci il təvəllüdlü Mahir Ramin oğlu Paşayevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məlumat üçün bildirək ki, ötən gün Biləsuvar rayon Əsgərabad kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Ramin oğlu Paşayev yaxınları ilə birlikdə Lənkərana istirahətə gəlib. Hadisə baş verən zaman onun yanında bir neçə yeniyetmə də olub.

Dəniz sahilində olan sakinlər köməksiz qalan 4 nəfər yeniyetməni xilas ediblər. M.Paşayev isə batıb.