İsveç Aİ-ni İsrail nazirlərinə sanksiya tətbiq etməyə ÇAĞIRDIbackend

İsveç Aİ-ni İsrail nazirlərinə sanksiya tətbiq etməyə ÇAĞIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç xarici işlər naziri Aİ-ni ifrat sağçı İsrail nazirlərinə sanksiya qoymağa çağırıb.

İnterpress.az xəbər verir ki, bunu “Politico” nəşrinə müsahibəsində İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqaard deyib.

Nazir bildirib ki, Aİ Britaniya və digər Qərb müttəfiqlərindən nümunə götürməli və İsrailin baş naziri Netanyahunun kabinetinin ifrat sağçı üzvlərinə qarşı sanksiyalar tətbiq etməlidir.

Eyni zamanda, Avropa diplomatiyasının rəhbəri Kallas ilə görüşdən sonra o, İsveç hakimiyyətinin yəhudi dövlətinin “ayrı-ayrı ekstremist nazirlərinə” məhdudiyyətlər qoymaqda israrlı olacağını vurğulayıb.

“Və vurğulamaq istəyirəm ki, biz İsrail xalqının əsl dostlarıyıq, lakin yenə də İsrail hökumətinə təzyiq göstərmək bizim borcumuzdur”, – Stenerqaard əlavə edib.

Yuxarıda qeyd olunan sanksiyaları qəbul etmək üçün Avropa İttifaqına 27 üzv dövlətin hamısının yekdil dəstəyi lazımdır.

Bununla belə, nəşrin qeyd etdiyi kimi, Macarıstan kimi İsrailin qızğın tərəfdarlarının müqavimətini nəzərə alsaq, bu, çətin ki, mümkün deyil.

Xatırladaq ki, iyunun 11-də Avstraliya, Kanada, Yeni Zelandiya, Norveç və Britaniya İsrailin milli təhlükəsizlik naziri Ben-Qvir və maliyyə naziri Smotriçə qarşı sanksiyalar tətbiq edib.

Xuraman Etibarlı

İnterpress.az