İsveçdə bu il 44, son 15 gündə isə 13 nəfər dəstələr arasında baş verən zorakılıqlar nəticəsində həyatını itirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İsveç dövlət televiziyası SVT-nin xəbərinə görə, əhalisinə görə Avropada son 5 ildə ən çox silahlı hücum və qətl törədən ölkə olaraq ilk sırada olan İsveçdə bu il 44 qətl hadisəsi baş verib.
Zorakılığın artmasından sonra televiziyada xalqa müraciət edən İsveçin baş naziri Ulf Kristersson hökumət, polis və ordunun dəstə cinayətlərinə qarşı birgə mübarizə aparacağını bildirib.
Dəstələrə qarşı mübarizə üçün lazımi qaynaqlardan istifadə edəcəklərini ifadə edən Kristersson, polisin dəstə üzvü olduğundan şübhələnilən şəxslərin telefonlarını icazəsiz dinləməsinə imkan verəcək qanunun bazar günündən etibarən qüvvəyə minəcəyini bildirib.
Ordunun dəstələrlə mübarizədə küçələrə çıxmasının mümkün olduğunu izah edən Kristersson, dəstə döyüşlərində ordunun polisə necə kömək edə biləcəyini müzakirə etdiklərini qeyd edib.
İsveç polisinin açıqladığı statistikaya görə, bu il dəstələr arasında 283 silahlı hücum olub. Hücumlarda 44 nəfər ölüb, 87 nəfər yaralanıb.
İsveç Milli Cinayətkarlığın Qarşısının Alınması Şurasının (BRA) dərc etdiyi hesabatda, son illərdə ölkədə silahlı hücumların nisbəti Avropa ölkələri ilə müqayisədə “çox yüksək”, hər il 1 milyon insandan 1,6-sı hücumlar nəticəsində ölür. Avropada, İsveçdə isə 1 milyon insanın hücumlar nəticəsində həyatını itirdiyi, adam başına ortalama 4 ölüm olduğu ifadə edilib.