İsveçdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib – FOTObackend

İsveçdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə İsveçdə yaşayan azərbaycanlılar Vətən müharibəsində şəhid olan soydaşlarımızın xatirəsini yad etmək üçün ölkəmizin İsveçrədəki səfirliyinin önündə toplaşıblar.

Azərbaycan Respublikasının himninin səslənməsi və Vətən müharibəsində şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan anım mərasimində iştirak edən həmyerlilərimiz ürək sözləri ilə çıxış ediblər.

Çıxış edənlər bildirib ki, Azərbaycan ordusunun zəfər yürüşü ilə bu il tarixi adələtsizliyə son qoyulub və ölkəmizin uzun illər işğal altında olan əraziləri azad olunub. Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda həyatından keçib şəhidlik zirvəsinə ucalan vətən övladlarının şücaətindən danışan diaspor fəalları, şəhidlərimizə Allahdan rəhmət və ailələrinə səbr diləyiblər.

Tədbir əsnasında “Biz şəhidlərimizə ömür boyu borclu olacağıq”, “Vətən sağ olsun”, “Şəhidlər ölməz, vətən bölünməz” şüarları səsləndirilib.

 

 

İnterpress.az