İsveçrədə son 2 ildə buzlaqların həcmində 10 faiz azalma qeydə alınıbbackend

İsveçrədə son 2 ildə buzlaqların həcmində 10 faiz azalma qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illərin ən isti yaylarından birini yaşayan İsveçrədə buzlaqların həcminin son 2 ildə 10 faiz azaldığı müəyyən edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İsveçrə Elmlər Akademiyasının Kriosfer Komissiyası bildirib ki, İsveçrə Alp dağlarında buzlaqların əriməsi normadan yüksək temperatur və əvvəlkindən daha az qar yağması səbəbindən “ciddi” sürətlənib.

Komissiyanın verdiyi açıqlamada, Avropanın ən çox buzlağa malik olduğu İsveçrədə 2022 və 2023-cü illərdə buzlaqların həcminin 10 faiz azalacağı bildirilib.

Açıqlamada 1960-1990-cı illər arasında olduğu kimi cəmi iki ildə buzun itirildiyi və bu dövrdə buzlaq dillərinin çökməsinin bir çox kiçik buzlaqların əriməsinə səbəb olduğu vurğulanıb.

Açıqlamada ciddi buz əriməsinin buzlaqlara çox az qar yağması və onları birbaşa günəş işığından qoruması ilə bağlı olduğu qeyd edilərkən, iyun ayında müşahidə edilən həddindən artıq istilərin qarın 2-4 həftə ərzində əriməsinə səbəb olduğu vurğulanıb.

İsveçrənin 1864-cü ildə temperatur ölçmələri başlayandan bəri “ən isti beşinci yayı” yaşadığı və mövsüm ərzində Alp dağlarının şimalında iki, cənubda isə üç istilik dalğasının görüldüyü bildirildi.