İtaliyada Rusiyanın Kölgə Donanması ilə əlaqəli tankerdə partlayış baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə İtaliyanın “Fatto Quotidiano” nəşri məlumat yayıb.
Bildirilir ki, Savona limanında Malta bayraqlı “Seajewel” neft tankerində iki partlayış baş verib.
Gəmi su xəttinin altında zədələnib, lakin neft sızıntısı və ekipaj üzvləri arasında itkilərin qarşısı alınıb.
Hadisə fevralın 15-nə keçən gecə neftin boşaldılması zamanı baş verib.
Nəşr yazır ki, prokurorluq bir neçə versiyanı nəzərdən keçirir – texniki nasazlıq və toqquşmadan tutmuş sursatların partlamasına qədər.
Xuraman Etibarlı
İnterpress.az