İtaliyanın baş naziri ilə məzələniblərbackend

İtaliyanın baş naziri ilə məzələniblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın baş naziri Giorgia Meloniyə rusiyalı komediyaçılar tərəfindən zarafatla zəng edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İtaliya mətbuatında yer alan xəbərlərə görə, sentyabrın 18-də rusiyalı komediya ustaları Vladimir Kuznetsov və “Vovan&Lexus” kimi tanınan Aleksey Stolyarov tərəfindən Meloni ilə zarafatla telefon zəngi edilib.

Bildirilib ki, rusiyalı komediya aktyorlarından biri telefonda özünü Afrika lideri kimi göstərərək Melonidən Fransa prezidenti Emmanuel Makronla münasibətlər və Ukraynadakı müharibə ilə bağlı bəzi açıqlamalar deməyə çalışıb.

İtaliya Baş Nazirliyi də hadisəni təsdiqləyib.

“Baş nazirin diplomatik müşaviri ofisi təəssüflənir ki, özünü Afrika İttifaqı Komissiyasının sədri kimi təqdim edən saxtakar Baş nazirlə (Meloni) danışıb”, – bəyanatda deyilir.

Baş nazirlikdən verilən açıqlamada hadisənin sentyabrın 18-də, Meloni’nin 19-21 sentyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının sessiyalarına qatılmağa hazırlaşarkən və Afrika liderləri ilə əlaqələri gücləndirməyə çalışdığı qeyd edilib. Bildirilib ki, rusiyalı komediyaçılar daha əvvəl İspaniyanın baş naziri Pedro Sançesə və Danimarka xarici işlər naziri Lars Lökke Rasmussenə də oxşar zarafatyana zənglər ediblər.