İtin hücumuna məruz qalan körpənin qolu və ayağı amputasiya edilibbackend

İtin hücumuna məruz qalan körpənin qolu və ayağı amputasiya edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçikada 1,5 yaşlı körpə anasının itinin hücumu nəticəsində ağır yaralanıb, o, qolunu və ayağını itirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ledegem qəsəbəsində baş verən hadisədə anası və atası ayrı yaşayan körpənin anasının itinin hücumuna məruz qaldığı bildirilib.

Körpənin atasının yanında qaldığı, anasının isə səhər saatlarında iti ilə uşağı görməyə getdiyi qeyd edilib.

Körpənin yaralarının ağır olduğu üçün xəstəxanada bir qolu və bir ayağı amputasiya edilib.

Hadisə zamanı atanın da bir barmağının kəsildiyi bildirilib.