Norveçli bir ailə öz bağında itirilmiş sırğaları axtararkən Vikinqlər dövründən ən azı min il əvvələ aid xarabalıqlar tapıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Norveçin cənub sahillərindəki Jomfruland adasında yaşayan Aasvik ailəsi itirilmiş qızıl sırğalar üçün detektordan istifadə edərək qazıntılara başlayıb. Aasvik ailəsi sırğa tapa bilməsə də, ən azı min il yaşı olan qalıqlar tapıblar.
Norveç ailəsi çanaq formalı toqqa və Vikinq dövründən qalma dəfn parçasını xatırladan qalıqlar tapıblar.
Mütəxəssislər bildirirlər ki, artefaktlar 9-cu əsrdə Comfruland adasında bir qadının dəfn mərasimində istifadə edilmiş ola bilər.
Başqa bir mütəxəssis tapılan reliktin 780 və 850-ci illərə aid toqqa olduğunu bildirib.
Mütəxəssislər adada yüz illər əvvələ aid yaşayış məskənlərinin olduğunu, lakin indiyə qədər tapılan dəlillərin yalnız orta əsrlərə aid olduğunu bildiriblər.