Kamerunun paytaxtı Yaunde şəhərində bəndin uçması nəticəsində azı 23 nəfər həlak olub.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd edilib ki, uzun müddət davam edən leysan yağışlar nəticəsində göllərdən birindəki bənd su təzyiqinə tab gətirə bilməyib. Güclü axın 30-a yaxın evin uçmasına səbəb olub.
“Journal du Cameroun” qəzeti isə axtarış-xilasetmə əməliyyatlarının davam etdirildiyini bildirib.