Kanada İsrail səfirini çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Kanada mətbuatı məlumat yayıb.
Bildirilir ki, İsrail qüvvələrinin Cenində səhvən diplomatlara atəş açmasından sonra İsrailin Kanadadakı səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Diplomatik nümayəndə heyətinə 4 kanadalının daxil olduğu qeyd edilir.
Kanadanın baş naziri Karni insidenti “tamamilə qəbuledilməz” adlandırıb və ölkənin tam təhqiqat və cavabdehlik gözlədiyini bildirib.
Xuraman Etibarlı
İnterpress.az