Kanadanın Alberta əyalətindəki Banff Milli Parkında ər-arvad ayının hücumuna məruz qalaraq ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
CBC News xəbər verir ki, park rəsmiləri axşam saatlarında GPS cihazı vasitəsilə ayı hücumu ilə bağlı xəbərdarlıq alıblar. Xəbərdarlığa uyğun hərəkətə keçən qruplar əlverişsiz hava şəraiti səbəbindən havadan müdaxilə edə bilməyib və hadisə yerinə gec gəlib. Hücumdan saatlar sonra bölgəyə gedən qruplar cütlüyün cəsədini tapıblar. Axtarış zamanı aqressiv ayı ilə qarşılaşan qruplar heyvanı hadisə yerində öldürüblər. Səlahiyyətlilər, dünya üzrə qonur ayının hücumlarının yalnız 14 faizinin ölümlə nəticələndiyini bildirdi və sözügedən hücumun “nadir bir hadisə” olduğunu vurğulayıb. Səlahiyyətlilər həmçinin qeyd ediblər ki, qış yuxusuna hazırlaşan ayılar ilin bu vaxtında ac qala bilərlər.