Katz HƏDƏLƏDİ: Xameneini Səddam Hüseynin taleyi gözləyir – VİDEObackend

Katz HƏDƏLƏDİ: Xameneini Səddam Hüseynin taleyi gözləyir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Katz Xameneini Səddam Hüseynin taleyinə bənzər aqibətlə bağlı xəbərdarlıq edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

“İran diktatorunu (Xamenei) müharibə cinayətlərini davam etdirməkdən və İsrail vətəndaşlarını atəşə tutmaqdan çəkindirmək barədə xəbərdarlıq edirəm.

O, İranın qonşu dövlətində (İraq) İsrailə qarşı bu yolu tutan diktatorun başına gələnləri xatırlamalıdır”, – müdafiə naziri bildirib.

Katz həmçinin Tehran sakinlərini İsrail ordusu nümayəndəsinin göstərişlərinə əməl etməyə və öz təhlükəsizlikləri üçün İsrailin zərbə endirdiyi əraziləri tərk etməyə çağırıb.

Xatırladaq ki, İraqın keçmiş prezidenti Səddam Hüseyn (1979-2003) İsrailin qatı əleyhdarı idi. Çıxışlarının birində o, tamamilə “sionizmə son qoymağa” qadir olduğunu söyləyib.

O, insanlığa qarşı cinayətlərə, o cümlədən 148 şiənin edamına və kimyəvi silahdan istifadəyə görə ölüm cəzasına məhkum edilib. Hüseyn 2006-cı ildə asılıb.

Xuraman Etibarlı

İnterpress.az