2013-2023-cü illərdə Çində xidmət etmiş keçmiş baş nazir Li Li Jiang 68 yaşında ürək tutmasından dünyasını dəyişib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Dövlət mediasında yayılan xəbərlərə görə, Li ötən gecə Şanxayda istirahət edərkən infarkt keçirib. Müdaxilələrə baxmayaraq xilas ola bilməyən Li bu gün saat 00.10-da dünyasını dəyişib.
2013-2023-cü illər arasında baş nazir vəzifəsini icra edən Li, prezident Xi Jinping ilə birlikdə son 10 ildə Çin siyasətinin aparıcı simalarından biri olub.
Baş nazir olduğu müddətdə Li iqtisadiyyatın gündəlik idarə olunmasına cavabdeh idi və Covid-19 dövründə özəl sektorun təşviqi, struktur islahatları və fövqəladə iqtisadi tədbirlərin həyata keçirilməsinə rəhbərlik edib.
Li-nin maliyyə risklərinin azaldılmasına və Çini balanssız iqtisadi artımdan davamlı inkişaf modelinə çevirmək üçün struktur islahatlarına yönəlmiş iqtisadi siyasətləri “Linomika” olaraq adlandırılıb.
Keçmiş Baş nazirin siyasi nüfuzu, xüsusən də son səlahiyyət müddətində prezident Si Cinpinin artan gücü və Çin siyasətində tək adam mövqeyi ilə kölgədə qalıb.