Keçmiş Prezidentin məhkəməsi təxirə salındıbackend

Keçmiş Prezidentin məhkəməsi təxirə salındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin məhkəməsi təxirə salınıb.

İnterpress.az xəbər verir ki, hakim Qiorqi Arevadzenin qərarına əsasən, iclas dekabrın 14-ü saat 11:00-a təyin edilib.

Bugünkü iclasda sabiq prezidentin vəkilləri Saakaşvilinin distant şəkildə prosesə cəlb edilməsi ilə bağlı vəsatət veriblər.

Şalva Xaçapuridzenin izah etdiyinə görə, keçmiş prezident səhhətinə görə iclasa gələ bilmədiyi üçün o, prosesdə uzaqdan iştirak etməlidir. Məhz bu səbəbdən yuxarıda qeyd olunanları texniki cəhətdən təmin etmək məqsədilə, habelə hakimin iş materialları ilə tanış olması üçün iclas təxirə salınıb.

Bu gün keçirilən prosesdə hakim xalq müdafiəçisinin rəyi ilə yanaşı əlavə sənədləri də qəbul edib ki, onun sözlərinə görə, onlarla tanış olmaq üçün vaxt lazımdır.